Moskvada azərbaycanlı öldürüldü
09 avqust 2013 10:53 (UTC +04:00)

Moskvada azərbaycanlı öldürüldü

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bir minik avtomobilində adı açıqlanmayan azərbaycanlının meyiti tapılıb.


 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, avqustun 8-nə keçən gecə saat 01:15-də avtoservisdə gözətçi işləyən şəxs polisə zəng edərək İnstitut küçəsindəki bir tikilidən bir nəfərin insanları köməyə çağırdığını deyib. Həmin ünvana gələn polislər “Jiquli” avtomobilində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş bir azərbaycanlının meyitini aşkarlayıblar.   

 

Fakt üzrə cinayət işi qaldırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1382

Oxşar yazılar