Bu gün tanınmış müğənni Musa Musayevin həyat yoldaşı və duet ortağı olan Təranə Qumralı məlum səbəblərdən boşaması olayı ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, M.Musayev Təranə Qumral ilə boşanması üçün 2011-ci ildə məhkəməyə müraciət edib. Elə həmin il Nərimanov rayon Məhkəməsi müğənnilərin boşanmasını rəsmiləşdirib. Lakin bəzi səbəblərdən cütlük bir yerdə yaşamağa və birlikdə məclislərdə çıxış etməyə davam ediblər.
Son hadisələrdən sonra isə cütlük arasında olan-qalan bağlar da qırılıb.
Nərimanov rayon Məhkəməsindən bildirilib ki, cütlük 2011-ci ildə rəsmi qaydada boşanıb.