
Maşın qaçırmaqda şübhəli bilinən üç nəfər saxlanıldı
Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Əlverdiyevə məxsus “Niva” markalı maşın qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini N.Quliyev və Ağsu rayon sakini S.Hüseynov saxlanılıblar.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların Ağsu rayon sakini Ə.Rəhimovla birgə R.Xəlilova məxsus “VAZ-2106” markalı maşını qaçırmaları da müəyyən edilib.
Oktyabrın 26-da saat 21 radələrində Şabran şəhəri ərazisindən şəhər sakini V.Şirinova məxsus “VAZ-21072” markalı maşını qaçırılıb.
Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Günəşli kənd sakini M.Rəhimov saxlanılıb.
Oxşar yazılar

Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11