Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, qəza bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 43-cü kilometrliyində, Salyan rayonunun Yenikənd ərazisində qeydə alınıb. Cəlilabad sakini, 27 yaşlı Taleh Zülfüqar oğlu Mahmudov idarə etdiyi “KAMAZ” markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “Jiquli” markalı avtomobil yük maşınının altında qalıb və iki hissəyə parçalanıb. Nəticədə “VAZ-2106”-nın sürücüsü, Salyan rayonunun Həsənli kənd sakini, 36 yaşlı Nağı Sulduz oğlu Mərdanov hadisə yerində ölüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin “Muğan” regional mərkəzinin xilasediciləri xüsusi alətlərələ sürücünün meyitini çıxarıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Maşın ikiyə bölündü, sürücü öldü
Oxşar yazılar

Zaqataladan gizli yolla qaçmaq istəyən ƏRƏB TUTULDU
14 may 2025 , 11:14
Kürdəmirdə qadın əməliyyatdan sonra ÖLDÜ
14 may 2025 , 11:02
Abşeronda ƏMƏLİYYAT: iranlının 48 kilo narkotiki ələ keçirildi - VİDEO
14 may 2025 , 10:46
Qubada DƏHŞƏT: fəhlələri cərəyan vurdu, ölən var
14 may 2025 , 10:34
Bakıda gödəkçə oğrusu TUTULDU
14 may 2025 , 10:20
Rusiyada azərbaycanlını işə götürən restoran BAĞLANDI
14 may 2025 , 10:14
Bir nəfərin kartından 10 min manat pul oğurlandı
14 may 2025 , 10:13