Masallıda ot tayası, Cəlilabadda ev yanıb
03 yanvar 2014 21:03 (UTC +04:00)

Masallıda ot tayası, Cəlilabadda ev yanıb

0

Masallı rayonu, Xallıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 7,5 ton ot bağlamasının 5 tonu yanıb. Lent.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ot bağlamasının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub.

Cəlilabad rayonu, Sarxanlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 681

Oxşar yazılar