Mal-qara bazarında bıçaqlanma oldu
01 sentyabr 2013 21:19 (UTC +04:00)

Mal-qara bazarında bıçaqlanma oldu

Ağcabədi rayonundakı mal-qara bazarında bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonu Alıbəyli kənd sakini Pənahlı Pənah Rabil oğlu mal bazarında bıçaqlanıb. O, dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Əməliyyat nəticəsində həkimlər yaralının həyatını xilas edə biliblər.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar