Güclü külək və leysan yağışlar Şamaxıda fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Qədirli küçəsində iki irigövdəli qoz ağacı kökündən qırılaraq yola düşüb və elektrik naqilləri qırıb.
Rayonun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb. Külək ümumilikdə 3 kənddə 5 evin dam örtüyünü yerindən qoparıb, 7 ağac, 5 elektrik və 9 telefon dirəyi qırılıb.
Bundan əlavə, leysan yağışları nəticəsində sel suları şəhərin Bakı, Yavər Kələntərli, Əliəşrəf Əlizadə küçələrinə ciddi ziyan vurub. Hazırda Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən təbii fəlakətin rayona vurduğu ziyanın ümumi məbləği araşdırılır.