Lənkəranda meyit tapılıb - <span style="color:red;">YENİLƏNİB
15 mart 2014 11:50 (UTC +04:00)

Lənkəranda meyit tapılıb - YENİLƏNİB

Lənkəran şəhərində kişi meyiti tapılıb. 


 

APA-nın cənub bürosunun xəbərinə görə, meyit bu gün səhər saatlarında Lənkəran şəhərindəki Peşə Liseyinin yaxınlığında aşkarlanıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Məlum olub ki, meyiti tapılan şəxs Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü İlham Algül oğlu İbrahimovdur. Onun yanında şpris aşkarlanıb.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə-tibb ekspertizasına aparılıb. Ölümün dəqiq  səbəbləri ekspertizadan sonra açıqlanacaq.

 

Mərhumun 4 övladının olduğu bildirilir.

 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987

Oxşar yazılar