Lənkəranda mina tapıldı
06 avqust 2019 17:49 (UTC +04:00)

Lənkəranda mina tapıldı

Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub.

Agentlikdən Lent.az-a bildirilib ki, qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birlikdə ərazidə dəniz sahilinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazini sərhədçilər mühasirəyə alıblar. Agentliyin mütəxəssisləri aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd tank əleyhinə mina aşkar edib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar