
Azərbaycanda QANLI HADİSƏ: kürəkən keçmiş qayınatasını qətlə yetirdi - SƏBƏB QIZIDI
Xaçmazda kürəkən keçmiş qayınatasını bıçaqla öldürüb.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 23-də saat 11 radələrində baş verib. Xaçmaz rayonu Qımılqışlaq kənd sakini Qurbanov Səfər İlham oğlu qayınatası Qədirov Əlihüseyn Cəlil oğlunun kürək, mədə, döş qəfəsi, sol qol nahiyələrinə bıçaqla ümumilikdə 7 ədəd xəsarət yetirib.
Xaçmaz Rayon Prokurorluğunun apardığı ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Qurbanov Səfər İlham oğlu əvvəllər Qədirova Gülyanə Əlihüseyn qızı ilə evli olub. 2017-ci ildə rəsmi nikahları pozularaq ayrılıb, sonra ikinci dəfə ailə həyatı qurub. Səfər Qurbanov son vaxtlar keçmiş arvadı Gülyanə Qədirovanın başqa şəxslə ailə qurmaq istəməsi barədə xəbər eşidərək, məsələyə aydınlıq gətirməsi üçün oktyabrın 23-ü saat 11:30-da həmkəndlisi olan qayınatasının evinin önünə gedib. Kürəkən keçmiş qayınatasını çölə çağırıb və darvazanın yanında qızı Gülyanə haqqında yayılan məlumatlara etiraz edib və yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla qayınatasının mədə, kürək, döş qəfəsi, sol qol nahiyələrinə 7 dəfə xəsarət yetirərək öldürüb. Bundan sonra qatil özü Xaçmaz Rayon Polis Şöbəsinə gedib cinayət əməli etiraf edərək, bıçağı təqdim edib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılır.
Oxşar yazılar

Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51
İsmayıllıda kişi toyuq hinində ölü tapıldı
18 iyul 2025 , 12:17
Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48