Kəmaləddin Heydərov Bəşir Atalayla görüşüb
05 iyun 2014 10:18 (UTC +04:00)

Kəmaləddin Heydərov Bəşir Atalayla görüşüb

0

Qəbələdə keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini Bəşir Atalayla görüşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, K.Heydərov qonağı səmimi salamlayaraq qeyd edib ki, iki qardaş ölkə - Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edir: “Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimizin müvafiq qurumları xalqlarımız və dövlətlərimizin mənafeyi naminə mühüm tədbirlər həyata keçirirlər. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaş ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcəkdir”.   

 

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türkiyə baş nazirinin müavini yüksək səviyyədə keçirilən beynəlxalq konfransın böyük əhəmiyyətini qeyd edib, Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə edib. B.Atalay Türkiyənin Van şəhərində baş vermiş zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olduğunu vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 714

Oxşar yazılar