<b>İyulun ilk günündə hava necə olacaq?</b>
30 iyun 2016 13:07 (UTC +04:00)

İyulun ilk günündə hava necə olacaq?

İyulun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə  23-25, gündüz 33-35 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə  21-26, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146

Oxşar yazılar