İranda girov qalan körpənin cəsədi Bakıya gətirildi - EKSKLÜZİV
23 sentyabr 2013 16:40 (UTC +04:00)

İranda girov qalan körpənin cəsədi Bakıya gətirildi - EKSKLÜZİV

Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında vəfat edən Məmmədli Kazım Nadir oğlunun cəsədi artıq Azərbaycana gətirilib. 

 

Bunu Lent.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib.

 

Qeyd edək ki, Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında müalicə olunan bir yaşlı azərbaycanlı körpə Kazım Məmmədli sentyabrın 20-də vəfat edib. Körpənin atası Nazir Məmmədəli mətbuata açıqlamasında bildirib ki, 50 gündür Təbriz şəhərindədirlər. Xəstəxana rəsmiləri N. Məmmədlidən 8 min manat tələb edib, pasportlarını da əllərindən alıblar.  O, xəstəxananın meyiti götürmək üçün pulu ödəməyi tələb etdiyini bildirib. Nazir Məmmədli bununla bağlı Azərbaycanın Təbrizdəki konsulluğuna da müraciət etdiklərini nəzərə çatdırıb. Nazir Məmmədli deyib ki, konsulluqdan ona bildirilib ki, bazar ertəsi iş günüdür, həmin gün konsulluğa gəlsin.

 

Elman Abdullayev isə deyib ki, Kazım Məmmədlinin ekspertiza sənədləri sentyabrın 22-də alınıb. Azərbaycanın Təbrizdəki konsulluğu ekspertiza, cənazənin Azərbaycana  gətirilməsində, sənədlərin rəsmiləşdirilməsi  işlərinin aparılmasında iştirak edib, cənazənin Biləsuvar buraxılış məntəqəsindən keçirilməsi ilə bağlı müraciət olunub: “Kazım Məmmədlinin cənazəsi sentyabrın 22-də Bakıya gətirilib”.

# 3638
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51