İmişlidə mikroavtobus 74 yaşlı piyadanı vuraraq öldürüb
13 fevral 2014 11:06 (UTC +04:00)

İmişlidə mikroavtobus 74 yaşlı piyadanı vuraraq öldürüb

0

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib.

 

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün Hacıqabul-Bəhrəmtəpə  avtomobil yolunun Xəlfəli kəndindən keçən hissəsində qeydə alınıb. Elbrus  Nəcəfov idarə etdiyi   “Ford” markalı mikroavtobusla İmişli istiqamətində hərəkətdə olarkən  yolu keçməkdə olan 74 yaşlı Süleyman Şirinovu vurub. Yaralı hadisə yerində dünyasını dəyişib. Qəza zamanı mikroavtobus idarəetməni  itirib qarşı istiqamətdən gələn “KaMAZ” markalı avtomobilə çırpılıb.

 

Ölən şəxsin yol tikintisini  həyata keçirən şirkətin həkimi olduğu bildirilir. Hadisə yerində olan sakinlər  qəzanın baş vermə səbəbini yüksək sürət və  yoldakı nişanların olmaması ilə əlaqələndirir.

 

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 487

Oxşar yazılar