Dəm qazı kabusu: 5 nəfər ölüb - YENİLƏNİB
16 dekabr 2013 11:32 (UTC +04:00)

Dəm qazı kabusu: 5 nəfər ölüb - YENİLƏNİB

0

Son günlərdə dəm qazından zəhərlənmə hadisələrinin sayı xeyli artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova Lent.az-a bildirib ki, bazar günü ümumilikdə 30 müraciət daxil olub. Dəm qazından zəhərlənmə ilə müraciət edən şəxslərdən 17-si xəstəxanaya yerləşdirilib. Onlardan ikisi, Bakıxanov qəsəbəsində zəhərlənmiş 60 yaşlı kişi və Nərimanov rayon sakini 8 yaşlı qız xəstəxanada ölüb. Dekabrın 14-də isə 18 müraciət daxil olub ki, onlardan da 14-ü xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, dünən Sabunçu rayonunda 19 yaşlı Fatimə Əliyeva, Suraxanı sakini 46 yaşlı Validə Osmanova və  Göyçay sakini, 23 yaşlı Aysel Ağayeva dəm qazından boğularaq ölüb.

 

 

*****

 

9:49

 

Bakıda daha bir nəfər dəm qazından boğularaq ölüb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbə sakini, 1967-ci il təvəllüdlü Osmanova Validə Məhərrəm qızı yaşadığı mənzildə hamam otağında olarkən dəm qazından boğulub.

 

Oxşar hadisə Göyçayda da qeydə alınıb. Alxasafa kənd sakini, 1990-cı il təvəllüdlü Ağayeva Aysel Şamil qızı hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Hər iki qadın iki uşaq anası olub. Ölüm faktları ilə bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3191

Oxşar yazılar