İki maşın toqquşdu, bir nəfər öldü
05 yanvar 2014 21:25 (UTC +04:00)

İki maşın toqquşdu, bir nəfər öldü

0

Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə,  Şəkidə “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birində yanğın baş verib.

 

Maşınlardan birinin sürücüsü 1955-ci il təvəllüdlü Mustafayev Bəşarət Mustafa oğlu isə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, digər sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər digər avtomobili yanğından mühafizə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2054

Oxşar yazılar