Goranboyda İcra hakimiyyətinə məxsus maşın yanıb. Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Belə ki "QAZ" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.