İcra başçısına qeyri-adi etiraz
29 dekabr 2013 14:43 (UTC +04:00)

İcra başçısına qeyri-adi etiraz

0

Bu gün Sumqayıtda keçirilən 52 metrlik tortun kəsilməsi və konsert proqramı zamanı maraqlı hadisə baş verib. 
 

 

Lent.az-ın məlumatına görə, hadisə şahidləri “qafqazinfo”ya bildirib ki, gözlənilmədən orta yaşlı bir kişi İcra Hakimiyyətinin binası qarşısında qurulmuş böyük yolkanın başına çıxıb. 

Oradan icra başçısı Eldar Əzizovu çağıraraq şəhərdə ayrı-seçkilik etdiyini bildirib və buna son qoymağı tələb edib. 

“Eldar Əzizov, çıx, xalqın qabağına” deyən kişi başçının onu qəbul etməməsinin səbəbini soruşub və ünvanına təhqirlər də səsləndirib. 

Sumqayıt Polis İdarəsinin əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər və əraziyə kran gətirilərək həmin şəxsi yolkadan endiriblər. Onun Sumqayıt şəhərindəki 4-cü polis bölməsinə aparıldığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4179

Oxşar yazılar