İçdilər, dalaşdılar, bıçaqladılar - VİDEO
15 dekabr 2013 21:20 (UTC +04:00)

İçdilər, dalaşdılar, bıçaqladılar - VİDEO

0

Şirvan şəhərində iki gənc arasında yaranmış münaqişə bıçaqlanma ilə nəticələnib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dekabrın 14-də saat 22.30 radələrində Şirvan şəhəri Ərəblinski küçəsində bıçaqlanma hadisəsi baş verib.

 

Tonqal ətrafında içki məclisi təşkil edən Şirvan sakinləri 1991-ci il təvəllüdlü Azayev Valid Sərəstun oğlu və 1986-cı il təvəllüdlü Əliyev Rasim Nazim oğlu  arasında yaranan mübahisə sonradan davaya çevrilib. Mübahisə zamanı Rasim Əliyev Valid Azayevi bıçaqlayıb. Yaralı dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Yaralının üzərində 4 saat cərrahiyyə əməliyyatı aparılıb.

 

Həkim-cərrah Namizəd Xankişiyevin bildirdiyinə görə, yaralının döş qəfəsinin sol nahiyyəsində ürək boşluğuna işləyən, ağ ciyəri deşib keçən yara  aşkar olunub. Xəstə əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti həkimlər tərərfindən kafi qiymətləndirilir.

 

Hadisəni törədən  Əliyev Rasim Nazim oglu Şirvan polisi tərəfindən saxlanılıb.

 

Faktla bağlı  Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2893

Oxşar yazılar