Hüseyn Dərya öldü - <span style="color:red;">YENİLƏNİB
15 mart 2014 13:16 (UTC +04:00)

Hüseyn Dərya öldü - YENİLƏNİB

Bu gün 3 saylı şəhər Xəstəxanasında dünyasını dəyişən tanınmış reper Hüseyn Dəryanın meyiti morqa yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirilib ki, H.Dəryanın ölüm səbəbi aparılacaq eksperizadan sonra dəqiqləşəcək. İlkin olaraq onun daxili orqanlarının zədələnməsi nəticəsində dünyasını dəyişdiyi ehtimal edilir.

 

 

*****

 

13:08

 

Martın 15-nə keçən gecə yol qəzasına düşən tanınmış reper Hüseyn Dərya vəfat edib. 3 saylı şəhər Klinik Xəstəxanasından Lent.az-a bildirilib ki, Hüseyn Dərya qəfil dünyasını dəyişib.

 

Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı yük maşına çırpılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12068

Oxşar yazılar