Hərbçilərimiz beynəlxalq tədbirlərdə
07 mart 2014 09:58 (UTC +04:00)

Hərbçilərimiz beynəlxalq tədbirlərdə

0

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 10-da Bakıda Azərbaycan və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında qərargah danışıqları, martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan martın 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə Respublikası) Terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 433

Oxşar yazılar