Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Lent.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Qaz nəqli sistemində siyirtmənin quraşdırılması, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması və təmir işləri ilə əlaqədar bu gün saat 11:00-dan 14:00-dək Yasamal, saat 18:00-dək Şamaxı, Abşeron və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.