Gürcüstan ərazisində zəlzələ baş verib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ sentyabrın 17-də saat 09.09-da Zaqataladan 85 km şimal-qərbdə - Gürcüstan ərazisində qeydə alınıb.
8 km dərinlikdə baş verən, maqnitudası 5.80 olan zəlzələ Azərbaycanın Gürcüstanla həmsərhəd yaşayış məntəqələrində 4.0-3.0 bal gücündə hiss olunub. İlkin məlumatlara görə, tikintilərdə dağıntı yoxdur.