Gölün gözətçisi göldə boğuldu - YENİLƏNİB
27 iyun 2014 15:39 (UTC +04:00)

Gölün gözətçisi göldə boğuldu - YENİLƏNİB

0

Balakən rayonunda suda boğulma hadisəsi baş verib. Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Katex kənd inzibati ərazisində balıq yetişdirilməsi üçün yaradılmış süni göldə baş verib.

 

Gölün gözətçisi, rayonun Mahmalar kənd sakini, 1968-ci il təvəllüdlü Aslan Şahavuddin oğlu Qaracayev ehtiyatsızlıqdan gölə düşərək boğulub.

 

A.Qaracayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1179

Oxşar yazılar