Gəncədə yanğın: mağaza və kafe külə döndü
15 dekabr 2013 12:03 (UTC +04:00)

Gəncədə yanğın: mağaza və kafe külə döndü

0

Gəncənin mərkəzində, “Gəncə Bazar” ASC-yə bitişik olan 60 kvadratmetrlik birmərtəbəli obyektdə yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Yanğından Mühafizə İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, alovu söndürmək üçün əraziyə 6 yanğınsöndürən avtomobil cəlb edilib. Tez bir zamanda yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

 

 

  Hadisə zamanı xəsarət alan olmasa da əntiq əşyalar, dini vəsaitlər satılan dükan, eləcə də kafe yanaraq yararsız hala düşüb. Qəlyanaltıda işləyənlərin bildirdiklərinə görə,  yanğına obyektə olan qaz balonundan sızma səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 906

Oxşar yazılar