FHN Şəmkirdəki avtoqəza ilə bağlı məlumat yayıb
19 iyul 2013 21:15 (UTC +04:00)

FHN Şəmkirdəki avtoqəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonu ərazisində bu gün baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Lent.az-ın FHN-inin saytına istinadən verdiyi xəbərə görə, rayon ərazisində, Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində, “Toyota” markalı minik avtomobili və “PAZ” markalı avtobus toqquşub. Nəticədə, avtobus dərəyə yuvarlanıb. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, 1978-ci il təvəllüdlü Əbülfəz Elxan oğlu Əliyev hadisə yerində ölüb, 7 nəfər xəsarət alıb.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri ərazidə müvafiq xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçiriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773

Oxşar yazılar