Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suda boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas edib. Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Lökbatan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.