Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 10 nəfərdən ibarət nümayəndə heyəti Qazaxıstanın Kapşaqay şəhərində Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin təşkilatçılığı ilə keçirilmiş “Kazspas-2015” beynəlxalq seminar-toplanışında iştirak ediblər.
Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Qırğız komandaları texnogen xarakterli hadisələrin nəticələrinin aradan qaldırılması, su akvatoriyasında baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması, dağlarda xilasetmə əməliyyatlarının həyata keçirilməsi, kompleks çalışmaların yerinə yetirilməsi və 2400 metr məsafəyə kross qaçışı üzrə yarışlarda öz güclərini sınanıb.
Yarılşlarda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası texnogen xarakterli hadisələrin nəticələrinin aradan qaldırılması və kompleks çalışmaların yerinə yetirilməsi üzrə komanda hesabında 2-ci yerə layiq görülmüş, həmçinin, XRXX-nin giziri Timur Şahlamazov kompleks çalışmaların yerinə yetirilməsi üzrə şəxsi birincilikdə qalib olub.
Azərbaycan Respublikasını təmsil edən komandanın rəhbəri polkovnik-leytenant Mustafa Rəcəbova yarışın keçirilməsində fəallıq göstərdiyinə görə diplom və medallar təqdim olunub.
Azərbaycan komandasına “Kazspas-2015” dostluq kuboku da təqdim edilib.