
Evdə külli miqdarda narkotik aşkarlandı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Lent.az-a DİN-nin mətbuat xidmətindən bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında polislər tərəfindən tutulub. Onun evinə baxış keçirilən zaman 2 kiloqram 15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəlal Abduyev barəsində Baş İdarənin istintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11