Əsgərimiz özünü öldürdü - YENİLƏNİB
11 yanvar 2014 10:51 (UTC +04:00)

Əsgərimiz özünü öldürdü - YENİLƏNİB

0

Azərbaycan Ordusu daha bir əsgərini itirib.


 

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Mahir oğlu Abdullayev intihar edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.

 

Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3790

Oxşar yazılar