Elçin Hüseynbəylinin romanları Türkiyədə nəşr olunub
04 noyabr 2013 12:04 (UTC +04:00)

Elçin Hüseynbəylinin romanları Türkiyədə nəşr olunub

Elçin Hüseynbəylinin «Şah Abbas» və «141-ci Don Cuan» romanları İstanbulun «İləri» Yayım Evində nəşr olunub. Lent. az-ın məlumatına görə, əsərləri Türkiyə türkcəsinə Jümhur Turan uyğunlaşdırıb. Kitablar noyabrın 2-10 tarixində İstanbulda keçirilən Beynəlxalq  Kitab sərgisində nümayiş olunur. Bu, Hüseynbəylinin Türkiyədə nəşr olunan sayca üçüncü kitabıdır.

Müəllifin «Silaya dönüş» («Yurda qayıdış») hekayələr toplusu  2011-ci ildə Ankaranın «Bengü» şəriyyatında işıq üzü görmüşdü.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar