DİN partlayış törətmək istəyən şəxslə bağlı məlumat yaydı
24 dekabr 2013 13:12 (UTC +04:00)

DİN partlayış törətmək istəyən şəxslə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Gəncədə partlayış törətmək istəyən şəxslə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 23-də saat 11 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Abdıyev qeyri-rəsmi nikah münasibətlərində olduğu həmyerlisi Gülnar Nəbiyevanın Dədə Qorqud küçəsində yaşadığı mənzilə gəlib. Ə.Abdıyev qadınla aralarında baş vermiş mübahisə zəminində qumbara partladacağını bildirib.

Görülmüş tədbirlər nəticəsində Ə.Abdıyev 1 ədəd “F-1” qumbarasını təhvil verərək təslim olub. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 701

Oxşar yazılar