DIN 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
12 iyun 2014 13:23 (UTC +04:00)

DIN 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Naxçıvanda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 11-də saat 19 radələrində Kəngərli rayonunun Qabıllı kəndinin ərazisində Şərur rayon sakini Elmar Fətullayevin idarə etdiyi “NAZ LİFAN” və Şahbuz rayon sakini Elşən Şirinovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. E.Fətullayevin sərnişinlərindən Şərur rayon sakinləri Kubra Əliyeva, onun oğlanları Uğur, Umud, Bakı şəhər sakinləri Hüseyn Hüseynov və Gülü Hüseynova hadisə yerində ölüb. Digər sərnişin, Şərur rayon sakini Xəyalə Hüseynova isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1159

Oxşar yazılar