DİN-dən qəzada ölən metropoliten işçisi ilə bağlı AÇIQLAMA
31 avqust 2013 13:19 (UTC +04:00)

DİN-dən qəzada ölən metropoliten işçisi ilə bağlı AÇIQLAMA

 

 

Daxili İşlər Nazirliyi Bakı metropoliteninin işçisi Günay Məmmədovanın faciəvi ölümü ilə bağlı məlumat yayıb. 
 

Lent.az-ın DİN-in saytına istinadən xəbərinə görə, avqustun 30-da saat 20.00 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi "BMW X-5" markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Günay Məmmədova metronun "Gənclik" stansiyasında çalışıb. O, eyni zamanda müğənni Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində çəkilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2204

Oxşar yazılar