Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin "N" saylı Hərbi Hissənin əsgəri, 19 yaşlı Tural Zamanov xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər qan xəstəliyindən (leykoz) əziyyət çəkirmiş.