Cücə sexi və yeməkxana yanıb
30 mart 2014 10:53 (UTC +04:00)

Cücə sexi və yeməkxana yanıb

Bu gün Yevlax şəhərində güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan cücə sexinin yanar konstruksiyaları 115 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Oxşar hadisə qonşu Ağdaş şəhərində də qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan yeməkxananın dam örtüyü 10 kv.m sahədə yanıb. Yanğın saat 07:45-də söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar