Cinsi azlıq amansızlıqla qətlə yetirildi
17 sentyabr 2013 10:46 (UTC +04:00)

Cinsi azlıq amansızlıqla qətlə yetirildi

Bakıda qətl törədilib.


 

Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

 

Hadisə ötən gecə Sumqayıt yolunun 8-ci kilometrliyində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Yol kənarında üzərində qətlə yetirilməyə xarakterik əlamətləri olan naməlum kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə çıxaraq araşdırmalara başlayıblar.

 

Aparılan araşdırmalar zamanı qətlə yetirilən şəxsin Bakı şəhər sakini, 53 yaşlı Mətləb Əbdürrəhman oğlu Nəmiyev olduğu məlum olub. Meyitin ilkin müayinəsi zamanı onun döyülərək və bıçaqlanaraq öldürülməsi müəyyən edilib. Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən M. Nəmiyev cinsi azlıqların nümayəndəsi olub.

 

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09