Baş Prokurorluq Kürdəmir rayon Qarasaqqal bələdiyyəsinin sədri Yengibar Əhmədovun işi ilə bağlı başlanmış cinayət işinin istintaqının başa çatdırılması ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Y.Əhmədov ona müraciət etmiş kənd sakinindən 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma maddəsi) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb. İstintaq zamanı Yengibar Əhmədovun özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə bələdiyyə mülkiyyətində olan örüş təyinatlı 46 hektar örüş sahəsinin təyinatını özbaşına dəyişərək dövlət büdcəsindən verilən 2800 manat məbləğində pulu almasında və bələdiyyə sürücüsü adı ilə rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə əmək haqqı cədvəllərində imzanı saxtalaşdıraraq 1107 manat məbləğində pulu bələdiyyənin xəzinəsindən götürüb şəxsi ehtiyaclarına sərf etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar yazılar

İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi - YENİLƏNİB
25 iyul 2025 , 18:45
Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi açıldı - VİDEO - YENİLƏNİB
25 iyul 2025 , 18:15
Məktəbli bacılar göldə BOĞULDU
25 iyul 2025 , 18:06
“Oleq Bakinski”yə HÖKM OXUNDU
25 iyul 2025 , 17:55
Ağdaşda SEVGİ DRAMI: Qayınana cehizi bəyənmədi, ata toydan imtina etdi, bəy özünü asdı
25 iyul 2025 , 17:42
Məşhur "qanuni oğru" həbsxanada insult keçirdi
25 iyul 2025 , 17:08
Bakıda maşın kişini vurub öldürdü
25 iyul 2025 , 16:29