Baş Prokurorluq 2 milyon 236 min manatlıq korrupsiya ilə bağlı məlumat yayıb
06 may 2013 16:16 (UTC +04:00)

Baş Prokurorluq 2 milyon 236 min manatlıq korrupsiya ilə bağlı məlumat yayıb

 

 

Baş Prokurorluq külli miqdarda vəsait mənimsəmiş Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilməsi barədə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr 2011-ci il tarixdən 1 mart 2013-cü il tarixədək olan dövrü əhatə edən müddət ərzində aparılmış araşdırmalarla mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin  hesablanması və  ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara  yol verilərək ümumilikdə 2 milyon 236 min  manat məbləğində vəsaitin mənimsənilməsi aşkar edilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə  idarəsi tərəfindən aparılmış müvafiq araşdırmalarla həmin xüsusatlar təsdiqini tapdığından fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.  

# 4131
avatar

Nizam Rza

Oxşar yazılar

Vilayət Eyvazov onu rəis təyin etdi

Vilayət Eyvazov onu rəis təyin etdi

7 may 2024 , 11:25
Azərbaycanda məktəbdə DAVA : Şagird xəstəxanada can verdi -YENİLƏNİB

Azərbaycanda məktəbdə DAVA: Şagird xəstəxanada can verdi -YENİLƏNİB

7 may 2024 , 11:17
Şəkidə maşın piyadanı VURUB ÖLDÜRDÜ

Şəkidə maşın piyadanı VURUB ÖLDÜRDÜ

7 may 2024 , 11:03
Qubada narkotik qəbul edib maşın sürən 8 sürücünü belə SAXLADILAR

Qubada narkotik qəbul edib maşın sürən 8 sürücünü belə SAXLADILAR

7 may 2024 , 10:42
Qusarda FACİƏ:  32 yaşlı qadın HAMAMDA ÖLDÜ

Qusarda FACİƏ: 32 yaşlı qadın HAMAMDA ÖLDÜ

7 may 2024 , 10:26
Taksi sürücüsü yolun kənarında can verdi - SƏBƏB

Taksi sürücüsü yolun kənarında can verdi - SƏBƏB

7 may 2024 , 09:46
“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ

“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ

7 may 2024 , 09:20
ABŞ Ukraynaya hərbçi GÖNDƏRƏCƏK?

ABŞ Ukraynaya hərbçi GÖNDƏRƏCƏK?

7 may 2024 , 08:31