Bakının məşhur xəstəxanasında inanılmaz olay - EKSKLÜZİV
25 dekabr 2013 11:53 (UTC +04:00)

Bakının məşhur xəstəxanasında inanılmaz olay - EKSKLÜZİV

0

Tibb bacısı digər tibb bacısını bıçaqlayıb

 

 

Dekabrın 24-də Bakının tanınmış və elitar xəstəxanalarından olan Mərkəzi Klinik Xəstəxanada bıçaqlanma hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Parlament prospekti, 2 ünvanında yerləşən xəstəxanada tibb bacısı, 1984-cü il təvəllüdlü Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb. 

 

H. Hüseynova bıçaqla iş yoldaşına hücum edib və onu kürəyindən vurub. E. İbrahimovaya elə işlədiyi xəstəxanada tibbi yardım göstərilib.

 

Tibb bacısının iş yoldaşını hansı səbəbdən bıçaqladığı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6211

Oxşar yazılar