Bakıda zəncirvarı qəza: sürücü ağır yaralanıb - <span style="color:red;">YENİLƏNİB
30 mart 2014 10:23 (UTC +04:00)

Bakıda zəncirvarı qəza: sürücü ağır yaralanıb - YENİLƏNİB

Binəqədi rayonu, Azadlıq prospektində sürücünün ağır yaralanması ilə nəticələnən zəncirvarı qəza baş verib.

 

APA-nın xəbərinə görə, işıqforun qırmızı işığına məhəl qoymayan "90 XB 061" dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil "10 OF 282" nömrəli "Mercedes"lə toqquşub. Toqquşmanın təsiri güclü olduğundan hər iki avtomobil yol kənarında dayanan daha iki avtomobilə çırpılıb. Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü ağır xəsarət alıb. O, təcili yardım vasitəsi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

Qəza ilə bağlı Azadlıq prospektində tıxac meydana gəlib. Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları  yararsız hala düşən avtomobilləri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırdıqdan sonra prospektdə nəqliyyatın hərəkəti normallaşıb.

 

Faktla yol polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik  keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT:  56 yaşlı kişi qocaları bıçaqladı

Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı

29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar

Ağstafada yeniyetməni bıçaqladılar

29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı

Zaqatalada məmurun evi yandı

29 iyul 2025 , 08:27
Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

29 iyul 2025 , 08:24
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

29 iyul 2025 , 07:00