Bakıda mənzildə yanğın: bir nəfər xəsarət alıb
17 iyun 2014 04:19 (UTC +04:00)

Bakıda mənzildə yanğın: bir nəfər xəsarət alıb

 Bakının Nəsimi rayonu ərazisində mənzildə yanğın hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, yanğın Abbas Səhhət küçəsi, 67 ünvanında qeydə alınıb.

 

Yanğın baş verən mənzilin sahibləri Bakıdan kənarda olublar. Hadisə baş verən zaman mənzildə ev sahibinin oğlu olub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

 

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıblar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, umumi sahəsi 45 kv.m olan bir mərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

 

Yanğından evin qalan hissəsi və bitişik evlər mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690

Oxşar yazılar