Bakıda yaşayış evində partlayış
13 fevral 2014 12:56 (UTC +04:00)

Bakıda yaşayış evində partlayış

0

 Bakıda yaşayış evində partlayış olub.


 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15-də ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan Məşədi Səmədova məxsus mənzilin mətbəxində qaz balonunun sızmasından partlayış baş verib. Nəticədə mətbəxin asma tavanı və pəncərəsi dağılıb, qırıntılar həyətdə saxlanılan Arif Rəsulova məxsus “KİA” markalı və İsmayıl Mayılova məxsus “Mitsubishi” markalı avtomobillərin üstünə düşüb. Xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 937

Oxşar yazılar