
Bakıda qadın dənizdə boğuldu, uşaq xilas edildi
Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub. Məlumatda iki nəfərin suda boğulduğu bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Bakı şəhər Xəstəxanasına çatdırılıb.
Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır.
Oxşar yazılar

Gilas ağacından yıxılan 44 yaşlı kişinin ayağı sındı, vəziyyəti ağırdır
9 iyun 2025 , 21:51
Goranboyda ağır qəza, iki nəfər yaralandı
9 iyun 2025 , 21:40
Şəmkirdə 61 yaşlı kişi "kislota"dan zəhərləndi
9 iyun 2025 , 19:23
DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
9 iyun 2025 , 16:42
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
9 iyun 2025 , 16:30Çılpaq kişi küçədə yol polisi ilə şəkil çəkdirdi
9 iyun 2025 , 15:10
Şəmkirdə gənc oğlanı cərəyan vurub öldürdü
9 iyun 2025 , 14:45