Bakıda restorandan vəzifəli şəxsin xeyli pulunu oğurladılar
24 dekabr 2013 10:29 (UTC +04:00)

Bakıda restorandan vəzifəli şəxsin xeyli pulunu oğurladılar

0

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən restoranda oğurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, T.Əliyarbəyov küçəsi 14 ünvanında (Fəvvarələr meydanı yaxınlığı) yerləşən “İl Patio” restoranında qonaq olan Nərimanov rayon sakini Yusifov Fuad Fəxrəddin oğlunun 2200 manat pulu oğurlanıb. Polisə şikayət edən F.Yusifov bildirib ki, pul onun əyləşdiyi masadan götürülüb.

 

 

Qeyd edək ki, F.Yusifov “Azərsu” ASC-də şöbə rəisinin müavini vəzifəsində çalışır. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3226

Oxşar yazılar