Bakıda qumbara satan yaxalanıb
15 oktyabr 2013 13:22 (UTC +04:00)

Bakıda qumbara satan yaxalanıb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Bakıda qumbara satan şəxsi yaxalayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sergey Viktoroviç 3 ədəd qumbara və 2 ədəd alışdırıcını satarkən tutulub.

Onun evinə baxış zamanı 2 ədəd qumbara və 2 ədəd alışdırıcı da aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959

Oxşar yazılar