Noyabrın 19-na keçən gecə Bakı şəhərində baş verən yol qəzalarında 3 nəfər ölüb. Lent. az-ın məlumatına görə, son sutka ərzində ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 9 nəfər yaralanıb, 3 nəfər isə hadisə yerindəcə ölüb.
Xəzər və Sabunçu rayonlarında baş vermiş yol qəzalarında 2 piyada ölüb. Nizami rayonu ərazisində iki avtomobilin toqquşması da ölümlə nəticələnib.
Hər bir fakt üzrə araşdırma aparılır.