Bakıda qəza: hərbçi ağır yaralandı
15 aprel 2013 10:46 (UTC +04:00)

Bakıda qəza: hərbçi ağır yaralandı

Bakı şəhərinin Qaradağ rayonu ərazisində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən hissəsində, Ələt qəsəbəsi yaxınlığında Tovuz rayonunun Əlimərdanlı kənd sakini 1989-cu il təvəllüdlü Tağıyev Məhəmməd Aydın oğlunun idarə etdiyi “VAZ 2107” yük maşınına çırpılıb. 24 yaşlı sürücü ağır bədən xəsarətləri alıb və Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib.

 

Qeyd edək ki, qəzada yaralanmış M.Tağıyev hərbiçidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169

Oxşar yazılar