Bakıda qadın faciəvi şəkildə öldü
16 aprel 2013 10:41 (UTC +04:00)

Bakıda qadın faciəvi şəkildə öldü

Bakı şəhərinin Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 22 radələrində Bilgəh qəsəbəsi ərazisində paytaxt sakini Taleh Yəhyayev idarə etdiyi “VAZ 21011” markalı, 30 BB 537  nömrə nişanlı avtomobillə Xatirə Quliyevanı vurub. Ağır bədən xəsarətləri almış qadın hadisə yerindəcə keçinib.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983

Oxşar yazılar