Bakıda polisdən qaçan oğlan uzağa gedə bilmədi
26 dekabr 2013 12:07 (UTC +04:00)

Bakıda polisdən qaçan oğlan uzağa gedə bilmədi

0

Bakıda polisin yaxaladığı şəxs prokurorluğa gətirilərkən qaçmağa cəhd göstərib. Xətai Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilinən və 2 gün əvvəl saxlanılan 1994-cü il təvəllüdlü Məmmədli İbrahim Nadir oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı rayon prokurorluğuna aparılarkən qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşları çox keçmədən onu açıq sahədə yaxalamağı bacarıb.

 

Bildirilib ki, qaçarkən İ.Məmmədlinin qolunda qandal olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1027

Oxşar yazılar